Aparıcılar qırğına çıxdı: Biabırçı videolarını efirdə göstərmirəm...

  • 29.11.2019
  • 0

Space Tv-nin aparıcı Amil Xəlil bu gün sərt çıxışı ilə yadda qalıb. Belə ki, teleaparıcı verilişinə dəvət etdiyi şəxsin qarşı tərəfini də efirə dəvət edib. Bu zaman qarşı tərəf başqa kanala üz tutub.

Oxu24.com xəbər  verir  ki, aparıcının çıxışından bəlli olur ki, o Elgiz Əkbər və onun verilişindəki vəkil barəsində danışır. Amil Xəlil sözlərinə görə qarşı tərəf başqa kanala çıxaraq vəkili ilə bərabər «Space tv» də olan şikayətçi Zamiq barəsində açıqlama verib. Amma iş o yerə gəlib ki, Elgiz bəy Zamiq haqqında  «manyak» və bu kimi sözlər səsləndirib. Space Tv-də olan Zamiq isə qarşı tərəfin başqa kanalda aparıcı ilə onun haqqında sərt danışmasını qınadığını bilirib. «Mən həmin aparıcının xətrini çox istəyirəm. İllərdir televiziyadadır. Və illərdir sözünü deyir. Amma son günlər eşitdiklərim və gördüklərim məni dəhşətə gətirir. Bir həmkar olaraq pis oldum. Axı sizin əlinizdə heç bir sübut olmadan, nədir-nədir Zamiqin şikayət etdiyi xanımın vəkili verilişdə iştiak edirsə siz niyə mövqeyinizi bir tərəfli aparırsınız? Tanımadığınız adam haqqında bir jurnalist olaraq sərt çıxış etmək bəyəm jurnalistikanın qanunlarına uyğundurmu? Mən o xanımın biabırçı videolarını efirdə göstərmirəm, amma siz bəyin icazəsi olmadan onun şəkillərini təqdim edib, onu alçaldırsınız.  Əgər normal araşdırma aparırdınızsa bizimlə də kontakta keçə bilərdiniz. Çünki mənim yanıma başqa kanalda olan şikayətçi gələrkən dərhal həmin kanalla əlaqə qurur ətraflı məlumat alıram.» deyə Amil Xəlil bildirib.

Nə düşünürsən?