Azərbaycanda dəhşətli qəza

  • 29.11.2019
  • 0

İmişlidə yüksək sürət sürücünün ölümünə səbəb olub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, qəza rayonun Şahverdili kəndi ərazisində baş verib. 

Sərxanlı kənd sakini, 1987-ci il təvəllüdlü Gəncəliyev Vüsal Mustafa oğlu sükanı arxasında olduğu "Renault" markalı 99-TN-931 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə yol kənarındakı ağaca çırpıb. O,  hadisə yerində həyatını itirib.

Əraziyə gələ Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları meyiti deformasiyaya uğrayan maşından çıxarıb. 

Faktla bağlı araşdırma başlanıb.

Nə düşünürsən?