“Vətəndaşlar 125 deputatın əksəriyyətini tanımır” – Natiq Cəfərli ilə müsahibə

  • 29.11.2019
  • 181 baxış
  • 0

“2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə müzakirə olunaraq qəbul edilib. Layihəyə görə 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 484 milyon manat məbləğində proqnozlaşdırılır. Gələn il büdcə xərcləri isə 25 milyard 617 milyon 700 min manat məbləğində nəzərdə tutulub. Bu isə 2019-ci ilin təsdiq edilmiş göstəricisinə nisbətən 427.7 milyon manat və yaxud 1,7% çoxdur. Bundan başqa, 2020-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 27 milyard 605 milyon 300 min manat, xərcləri isə 28 milyard 192 milyon manat məbləğində proqnozlaşdırılır. Müzakirələrdən sonra “2020-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Hökumət nümayəndələri, Milli Məclis üzvlərinin əksəriyyəti 2020-ci ilin büdcə layihəsini müsbət qiymətləndirsələr də, müxalifət nümayəndələri, iqtisadçı ekspertlər çatışmazılıqların olduğunu bildirirlər.

“Unikal”a müsahibə verən Real Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli ilə söhbətimiz də bu mövzuda oldu. Müsahibimiz büdcə ilə yanaşı, ölkədəki ictimai-siyasi vəziyyət, Real Partiyanın mövcud durumu və qarşıdan gələnj parlament seçkiləri ilə bağlı fikirlərini bölüşüb.

Nə düşünürsən?