TANAP layihəsi yekunlaşdı

  • 28.11.2019
  • 0

Azərbaycan qazı Avropada satıla biləcək

Bu gün Slovakiyanın Azərbaycandakı səfirliyinin açılış mərasimi baş tutub.


Mərasimdə ölkəmizdə fəaliyət göstərən bir çox ölkələrin fövqəladə səlahiyyətli səfirləri o cümlədən digər səfirliklərin nümayəndələri də iştirak ediblər.


Tədbirdə həmçinin Türkiyənin fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral jurnalistlərə ATƏT-in dünyanın, o cümlədən də qafqaz bölgəsinin təhlükəsizliyinə önəm verdiyini bildirdi. ATƏT-in üzərinə düşən vəzifələrdən biri də Yuxarı Qarabağın probleminin həllidir.


Bu problemlə məşğul olan Minsk qrupu yaradılıb, Türkiyə də bu qrupun üzvüdür, lakin indiyədək aparılan danışıqlar bir nəticə verməyib.


Bundan başqa səfir TANAP-ın layihəsinin başa çatması münasibətilə Türkiyənin Ədirnə şəhərində tədbir baş tutacağını diqqətə çatdırdı.


Erkan Özoral bildirdi bundan sonra Azərbaycan qazı Avropa ölkələrinə satıla biləcək və bu baxımdan Avropaya önəmli bir alternativ həyata keçirilmiş olacaq.

Nə düşünürsən?