Göyçayda avtomobil ağaca çırpıldı

  • 28.11.2019
  • 0

Göyçayda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisəgecə saatlarında Göyçay-Ucar avtomobil yolunun 2-ci kilometrliyində, Cəyirli kəndi ərazisində qeydə alınıb.

Ucar istiqamətində hərəkət edən rayonun Ləkçıplaq kənd sakini Ruslan Rüstəmovun idarə etdiyi minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini Elxan Şamilov ağır xəsarət alıb. Yaralılar Göyçay rayon Mərkəzi Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq sürücü dünyasını dəyişib.

Tovuz rayonunda daağır avtomobil qəzası baş verib. Əlimərdanlı kəndində minik avtomobilinin maneəyə çırpılması nəticəsində 1 nəfər - Əhliman Alıyev ölüb. Hadisə zamanı daha 1 nəfərRauf Muradov ağır yaralanıb.

Lənkəranda isə avtomobil piyadanı vurub. Lənkəran-Boradigah yolunda hərəkətdə olan Fuad Bədəlovavtomobili ilə yolu keçmək istəyən 14 yaşlı kənd sakini Yunis Quliyevi vurub. Xəstəxanaya aparılan yeniyetmənin həyatını xilas etmək mümkün olmayıb. Həkimlərin səyinə baxmayaraq aldığı xəsarətlər ciddi olduğundan Yunis Quliyevdünyasını dəyişib.