Vilayət Eyvazovdan daha bir təyinat

  • 28.11.2019
  • 0

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Ucar rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini polis polkovniki Anar Əkbərov vəzifəsindən azad olunaraq, Göyçay rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini təyin olub.

Eurasia Diary xəbər verir ki, bu barədə unikal.org-a Göyçay rayon Polis şöbəsindən məlumat verilib.

Hələlik Ucar rayon Polis şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyinat yoxdur.

Nə düşünürsən?