Brilliant ərinə mahnı həsr edib klip çəkdirdi

  • 28.11.2019
  • 0

Xalq artisti Brilliant Dadaşova yeni klipini təqdim edib.

"Qafqazinfo"nun məlumatına görə, söz və musiqisi Fərid Kərimliyə məxsus olan "Şükür ola" adlı mahnıya çəkilən klip "Caspian Media Holding" şirkəti tərəfindən istehsal olunub. Klipdə müğənni ilə bərabər modellər Marina Dar və Kənan Mehdi çəkiliblər. Onlar ekran işində sevgili cütlüyü canlandırıblar. Klipin çəkilişləri yay aylarında Qubada aparılıb.

Qeyd edək ki, bu mahnını müğənni həyat yoldaşı Ədalət Hacıyevın doğum gününə həsr edib sosial şəbəkə hesabında bu sözləri yazmışdı: "31 ildir bu mahnıdakı sözləri sənə hər gün deyirəm. 31 ildə səndən heç incimədim. Səni sevirəm".