Dayanacaq yoxsa, təkər satılan obyekt?

  • 27.11.2019
  • 0

Yasamal rayonu, Şərifzadə küçəsində bir obyekt sahibi avtobuslar üçün nəzərdə tutulan dayanacaqda təkər satır. Üstəlik həmin hissədə avtomobillər də qanunsuz park edilir. Bu isə avtobusların orada dayanmasına çətinlik yaşadır.

Dayanacaq yoxsa, təkər satılan obyekt?

Yasamal Asan xidmət mərkəzinin 1 addımlığında yerləşən avtobus dayanacağı zəbt edilib. Avtomobillərini dayanacaqda park edən kim, yolun ortasında təkər satan kim.

Bu isə xüsusən nəqliyyatın sıx olduğu vaxtlarda yolda hərəkəti iflic edir. Sözügedən ünvanda ən böyük çətinliklə avtobus sürücüləri üzləşirlər. Çünki avtobuslar dayanacağa girə bilmirlər.

Obyekt sahibləri bildirirlər ki, bu dayanacağın yeri əvvəlcə burada olmayıb. Bir müddət əvvələ qədər Asan Xidmət mərkəzinin qarşısında olan dayanacaq nişanı sonradan obyektlərin qarşısına köçürülüb. Problem də elə bundan sonra başlayıb.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyindən bildirildi ki, dayanacağın yerinin dəyişdirilməsi mümkün deyil. Qurum əməkdaşları qısa zamanda sözügedən əraziyə təhkim ediləcək və orada nəqliyyatın intensiv hərəkəti tam şəkildə bərpa olunacaq. Qanunsuz park edən avtomobillər isə cərimə ediləcəklər.

Nə düşünürsən?