Partiya sədrinə qarşı oğurluq edildi

  • 27.11.2019
  • 0

İ.Ağazadənin evinin elektrik naqillərini kəsən şəxs saxlanılıb

Bakı Şəhər Baş Polis İdarəsi partiya sədri İqbal Ağazadənin yaşadığı ünvanda elektrik naqillərinin kəsilməsi ilə bağlı məlumat yayıb.

Məlumatda bildirilir ki, Noyabrın 26-da saat 00:42 radələrində Bakı şəhəri Xətai rayonunda İ.Ağazadənin yaşadığı evin elektirik naqili kəsilib. İ.Ağazadə elektirik naqilini kəsən 1986-cı il təvəllüdlü, Xətai rayonu, Həzi Aslanov küçəsində yaşayan Vladislav Pestyakov adlı şəxsin oldiğu məlum olub.

İ.Ağazadəyə qarşı təxribat edilməsi və digər halların tam və hərtərəfli araşdırılması zamanı müəyən edilib ki, V. Pestyakov 2013-cü ildən Ruhi-Əsəb Xəstəxanasında daimi qeydiyyatdadır.

Şəxs ilkin izahatında bildirib ki, İ.Ağazadənin yaşadığı ev əvvəllər onun tanıdığı şəxsə məxsus olub və sonradan satılıb, başqa şəxsin orada yaşaması onu narahat edir.

Faktla bağlı təhqiqat araşdırmaları davam etdirilir.

Nə düşünürsən?