Bölgələrdə avtobus parkları yenilənir

  • 27.11.2019
  • 0

Bölgələrdə də ictimai nəqliyyat infrastrukturu müasir tələblərə uyğunlaşdırılır.Istismar müddəti on ildən çox olan avtobuslar ictimai nəqliyyat sistemindən kənarlaşdırılır.Bu arada gecə reyslerində fəaliyyət göstərən avtobuslar üçün tələblər də sərtləşdirilib.Istismar müddəti 5 ildən yuxarı olan avtobusların gecə reyslərində fəaliyyət göstərməsinə icazə verilməyəcək.

Rayonlarda avtobus parklarının yenilənməsi həyata keçirilir.İstismar müddəti 10 ildən çox olan avtobuslar ictimai nəqliyyat sistemindən kənarlaşdırılır.

Avtobusların yenilənməsinə ilkin olaraq sərnişina axının çox olduğu bölgələrdən başlanılıb.İlkin olaraq Şamaxı, Gəncə, Zaqatala, Mingəçevir, Masallı və Qubada avtobus parkları yenilənib.Növbəti mərhələdə isə Ağdam və Bərdə də daxil olmaqla digər rayonların da şəhərdaxili o cümldən ölkədaxili ictimai nəqliyyat infrasturukturu yenilənəcək.

Vətəndaşlar isə avtobusların yenilənməsi ilə şəhərdə nəqliyyat infrastrukturunda rahatlığın təmin edildiyini bildirir.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarovanın sözlərinə görə . İstismar müddəti 10 ildən yuxarı olan avtobusların statistikası 77 faizdən yuxarı idisə, hazırda bu rəqəm 64 faizə enib.Bununla yanaşı gecə reyslərində fəaliyyət göstərəcək daşıyıcı şirkətlərə qarşı yeni tələblər qoyulub.

Qeyd edək ki,dövlət proqramına əsasən 2023-cü ilə qədər ölkə üzrə bütün avtobus parklarıının yenilənməsi nəzərdə tutulur.

Nə düşünürsən?