Gənc qız məşhur avtoritetə videosunu göndərdi: şok kadrlar

  • 27.11.2019
  • 0

Məşhur kriminal avtoritet Həmzət Qastamirov sosial media hesabında maraqlı video paylaşıb.

AzNews.az xəbər verir ki, gənc qız "Kalaşnikov" avtomatı ilə atəş açaraq Şeyx Həmzət Qastamirova öz sevgisini bildirib və ona salam göndərib. Qızın bu görüntüləri sosial mediada böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Şeyx Həmzət 2016-cı ilin 18 avqustunda İstanbulun Beşiktaş rayonunun Barbarossa bulvarında qətlə yetirilən azərbaycanlı kriminal avtoritet Rövşən Canıyevin (Lənkəranski) ortağı olub. Lənkəranskinin ölümündən sonra ona məxsus İtaliyanın Pozitano şəhərindəki "Le Sirenuse" və "Covo dei Saraceni" hotelləri, həmçinin bir sıra başqa obyektlər Şeyx Həmzətin mafioz qrupunun ümumi Avropa kassasına tabe etdirilib.

Nə düşünürsən?