Dağıstan kəndlərindən birində antiterror əməliyyat rejimi tətbiq edilib

  • 16.12.2017
  • 0

Dağıstan kəndlərindən birində antiterror əməliyyat rejimi tətbiq edilib, silahlıların və onların tərəfdarlarının müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür. Oxu.Az xəbər verir ki, bu barədə APA “RİA Novosti”yə istinadən məlumat yayıb. Antiterror əməliyyat rejimi Qarabudağkənd rayonu Qubden kəndinin inzibati sərhədləri çərçivəsində tətbiq edilib. Qərar Rusiyanın Dağıstan üzrə Federal Təhlükəsizlik Xidmətinin rəisi tərəfindən yerli vaxtla 15.45-də tətbiq edilib. Məlumata görə, yaşayış məntəqəsində ünvanlı yoxlamalar keçirilir.

Nə düşünürsən?