Dibala əsgər salamı verdi, türk futbolçunu qucaqladı

  • 27.11.2019
  • 0

"Yuventus"un futbolçusu Paulo Dibala Çempionlar Liqasının qrup mərhələsində -  "Atletiko" ilə matçda vurduğu qolu əsgər salamı ilə qeyd edib.

Argentinalı hücumçu 45+2-ci dəqiqədə görüşdə hesabı açdıqdan sonra əsgər salamı verərək ehtiyatda oturan komanda yoldaşı Merih Demiralın yanına gedib və onu qucaqlayıb.

Xatırladaq ki, Türkiyə millisinin futbolçuları Avro-2020-nin seçmə mərhələsindəki son oyunlarında vurduqları qolları əsgər salamı ilə qeyd ediblər. Bununla da onlar Türkiyə ordusunun Suriyadakı hərbi əməliyyatlarına dəstək nümayiş etdiriblər.

Nə düşünürsən?