Mehriban Əliyevanın səfəri iki ölkə münasibətlərində yeni addım idi

  • 26.11.2019
  • 0

'' Azərbaycanın Birinci Vitse-Prezidenti Mehriban Əliyevanın Moskavaya səfəri iki ölkə arasındakı münasibətlərdə yeni addım idi '' Səfəri şərh edən rusiyalı politoloqlar bildirib ki bu səfər əməkdaşlığın dərinləşməsi üçün böyük prespektivlər açıb.

Azərbaycanın birinci vitse - prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri iki ölkə arasında əlaqələrin genişləndirilməsinə bir təkan oldu. Rusiyali siyasi şərhçilər bu səfərin olduqca müsbət notlarda tamamlandığını deyirlər. Politoloqlar hesab edirlər ki, görüşdə 2 ölkənin gələcək münasibətləri ilə bağlı müəyyən anonslar verilib.

Rusiyanın keçmiş prezident Boris Yeltsinin müşaviri, tarixçi və siyasətçi Sergey Stankeviçin fikrincə , birinci vitse-prezident Mehriban Əliyevanın Moskva səfəri siyasi, humanitar sahələrlə yanaşı iqtisadi əməkdaşlığın yüksəlməsinə təkan verə bilər.

Politoloqlar deyir ki, Azərbaycanın Birinci Vitse-Prezidentinin Moskvada ən yüksək səviyyədə qarşılanması və səfərin nəticələri bir daha təsdiq edir ki, Rusiya Cənubi Qafqazın ən güclü dövləti kimi Azərbaycanla bərabər hüquqlu əməkdaşlığın genişlənməsində maraqlıdır.

Nə düşünürsən?