Gəncədə 1-ci sinif şagirdi məktəbdə öldü

  • 26.11.2019
  • 0

Gəncədə şagird məktəbdə ölüb. 

APA TV-nin qərb bürosunun məlumatına görə, fakt Mirzə Şəfi Vazeh adına 16 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Məktəbin 1-ci sinif şagirdi, 2013-cü il təvəllüdlü Xədicə Hətəmli müəlliməsi ilə dərsdən çıxıb evə gedən zaman halı qəfil pisləşib. Dərhal hadisə yerinə təcili yardım briqadası çağırılsa da, məktəbli xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Məktəblinin meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.

Məktəbin direktoru Elmira Yusifova APA TV-yə bildirib ki, dünyasını dəyişən şagird epilepsiya xəstəsi olub. Hadisə noyabrın 26-da saat 12:30 radələrində baş verib. Şagirdin halı qəfildən pisləşib və o, qıcolma keçirib. 

Həmin vaxt şagirdin yanında olan sinif rəhbəri Nailə Əliyeva isə deyib ki, dərsdən çıxıb evə gedən zaman məktəbin sinif otağının qarşısında məktəbli qəfil yerə yıxılıb: “Biz də təcilli onu otağa apardıq və məktəbə təcili tibbi yardım çağırdıq. Sonra eşitdik ki, Xədicə Hətəmli xəstəxanaya aparılarkən yolda ölüb”.

Məktəblinin atası Rəhim Hətəmli qeyd edib ki, övladında angina xəstəliyi olub.

Faktla bağlı araşdırmalara başlanıb.

Nə düşünürsən?