Fransa ordusunda faciə baş verdi

  • 26.11.2019
  • 0

Malidə iki helikopterin toqquşması 13 hərbçinin ölümü ilə nəticələnib.

APA TV-nin “Reuters”ə istinadən məlumatına görə, hərbçilərin hamısı Fransa ordusunun əsgər və zabitləridir. Yelisey sarayından fakt təsdiqlənib.

Hadisə Afrika ölkəsi olan Malinin cənub-şərqində qeydə alınıb. Fransa hərbi aviasiyasına məxsus helikopterlər toqquşub. Prezident Emmanuel Makron həlak olan hərbçilərin ailələrinə başsağlığı verib. 

Baş verən hadisə Fransa ordusunun Malidə 2013-cü ildən start verdiyi “Barxan” əməliyyatından sonra ən böyük itkisidir. 6 il əvvəl rəsmi Paris bu ölkədə silahlı ekstremist qruplaşmalara qarşı mübarizə aparmaq üçün Maliyə ordu göndərmişdi. Hazırda adıçəkilən ölkədə 4500-dən çox fransız hərbçisi var.

Nə düşünürsən?