Türkiyədə Azərbaycan vətəndaşı olan qadınlar güllələndi

  • 26.11.2019
  • 0

Türkiyənin Antalya vilayətində azərbaycanlı qadınlar güllələnib.

İxlas xəbər agentliyi xəbər verir ki, hadisə Kumluca qəsəbəsi Huzurkaya məhəlləsində baş verib.

75 yaşlı Hüseyn Yeni 2 ay əvvəl evləndiyi Məhəbbət Cəfərova ilə onun evində qonaq olan qohumu Firduz Əliyevanı güllələyib. F.Əliyeva hadisə yerində ölüb. Güllə yarası alan 51 yaşlı M.Cəfərova və başından küt travma alan H.Yeni xəstəxanaya yerləşdirilib.

Polisə ifadə verən H.Yeni qadınların evdə ona hücum edərək döydüklərini bildirib. Belə ki, rəsmi nikah müqaviləsinin olmaması və azərbaycanlı qadının ölümündən sonra H.Yeninin var-dövlətini onun adına keçirməsini tələb etməsi səbəbindən münaqişə baş verib.

Nə düşünürsən?