Qubada dəhşət: Qonşunun qızını bağda zorladı - Şok görüntülər

  • 25.11.2019
  • 0

Qubada qohumları tərəfindən təcavüzə uğradığı iddia edilən əqli qüsurlu qız ATV telekanalnda yayımlanan "Bizimləsən" verilişində onu zorladığı iddia edilən Mərdanla üzləşib.

Kişi haqqında səsləndirilən iddiaları təkzib edib. Qız isə Mərdan kişinin onu bağa apararaq hədə-qorxu gəldiyini söyləyib. "Düzünü deyin, əvvəl evimizə gəldiniz, sonra məni bağa aparıb qorxutdunuz".

Mərdan isə sözügedən qızın ailəsi ilə heç bir ədavətlərinin olmadığını, bu hadisədə niyə məhz onun adının hallandığından xəbərsiz olduğunu söyləyib. Xatırladaq ki, ötən gün "Bizimləsən" verilişində Azərbaycanda 3 kişi qohumu tərəfindən təcavüzə məruz qalan əqli qüsurlu qız şok açıqlamalar verib.

Verilişə gələn Şəhanə adlı qız atasını öldürməklə hədələyən qohumu tərəfindən zorlanıb. "Mənim ağzımı tutub, dedi ki, itləri atanın üstünə buraxacam. Mən də qorxub səsimi çıxarmadım", - deyə qız efirdə bildirib. Onun sözlərinə görə, təcavüz edən digər qohumu isə başını aldatmaq üçün qıza 1 manat verib.

Verilişdən sözügedən görüntüləri sizə təqdim edirik:

Nə düşünürsən?