Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI - Onlarla ölü və yaralı var

  • 25.11.2019
  • 0

Konqo Demokratik Respublikasının Qoma şəhərində göyərtəsində məşhurların olduğu özəl təyyarənin yaşayış məntəqəsinə düşməsi nəticəsində ölənlərin sayı 30 nəfərə çatıb. Bir neçə nəfər xəsarət alıb.


Redaktor.az Anadolu agentliyinə istinadən xəbər verir ki, “Busy Bee” şirkətinə məxsus layner havaya qalxandan bir neçə dəqiqə sonra idarəetmədən çıxaraq, evlərin üzərinə düşüb. Ardınca güclü yanğın baş verib.


Hadisə zamanı göyərtədə 2 pilot və 19 sərnişin olub. Onların hamısı dünyasını dəyişib. Ölən digər şəxslər isə qəza zamanı mənzildə olan sakinlərdir.


Yerli mənbələr yazır ki, təyyarə özəl olduğundan göyərtədəki şəxslərin bəzilərinin tanınmış simalar olduğu istisna deyil. Lakin onların kimliyi hələlik açıqlanmır. Qəzanın texniki nasazlıq səbəbiylə baş verdiyi güman edilir.

Nə düşünürsən?