Konqoda təyyarə evlərin üstünə düşdü: 19 nəfər öldü

  • 25.11.2019
  • 0

Konqoda sərnişin təyyarəsi yaşayış evlərinin üstünə düşüb.

“Qafqazinfo” xəbər verir ki, göyərtədə olan 17 sərnişin və 2 ekipaj üzvü ölüb. Xilasedicilər artıq 18 nəfərin cəsədini dağıntılar arasından çıxarıblar.

“Busy Bee” şirkətinə məxsus layner düşdükdən sonra alışmağa başlayıb.

Hadisənin səbəbləri araşdırılır.

Nə düşünürsən?