BDU-nun tələbəsi ölümündən qabaq nişanlısı ilə danışıb

  • 24.11.2019
  • 0

Bakı Dövlət Universietinin 2 saylı yataqxanasında qida zəhərlənməsindən vəfat edən həmin universitetin tələbəsi, 20 yaşlı Xasmətova Şəkər Faiq qızı Qusarın Xural kəndində torpağa tapşırılıb.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, dəfn mərasimindən sonra mərhumun bibisioğlu bildirib ki, Xasmətova Şəkər ölümündən qabaq nişanlısı ilə danışıb. 

"Axşam qızların ikisinin halı pis olub, qusma halları olub. Təcili tibbi yardım çağırıblar. Gəlib, onlara iynə vuranda dayımqızı deyb ki, mənim başım ağrıyır, mənə də iynə vurun. Ona da yuxugətirici iynə vurublar. Dayımqızı nişanlısı isə danışanda bunları ona deyib. Bildirib ki, bizə iynə vurdular və indi mən yatıram, başım ağrayır. O, da deyib ki, yaxşı. O yatan yatıb",-deyə mərhum Xasmətova Şəkərin bibisioğlu vurğulayıb. 

Nə düşünürsən?