Bakı sakini işədüzəltmə adı ilə aldadılıb

  • 24.11.2019
  • 0

Bakı sakini işədüzəltmə adı ilə aldadılıb.

Xezerxeber.az-ın məlumatına görə, paytaxt sakini Cabir Hüseynov övladını işə düzəltmək üçün pul verib. hazırda isə nə pulunu, nə də övladının sənədlərini ala bilir.

Paytaxdakı şirkətlərdən birinə övladını sürücü vəzifəsinə işə düzəltmək üçün Cabir Hüseynovdan 1600 manat pul alıb və vəd ediblər ki, onun oölu ayda 800 manat maaş alacaq. Amma 6 aydan çoxdur ki, nə oğlu işə gedir, nə də pulunu geri ala bilir.

Cabir Hüseynov işə düzəldəcək adamdan pulunu tələb etsə də, cəhdləri boşa çıxır.

Məsələ ilə bağlı həmin şəxsin də fikrini öyrənmək istədik. Amma Mamed adlı şəxsə nə qədər zəng vursaq da, əlaqə yarada bilmədik.

Nə düşünürsən?