Gədəbəydə ağır qəza baş verdi

  • 23.11.2019
  • 0

Gədəbəydə odun daşıyan yük maşını çaya aşıb. Hadisə zamanı ata və oğul dünyasını dəyişib. Sabirabad və Beyləqanda isə minik avtomobillərinin piyadaları vurması ölümlə nəticələnib.

Yük maşınının çaya aşması ata və oğulun ölümü ilə nəticələnib...

Ağır qəza Gədəbəyin Miskinli kəndinin meşə zolağında baş verib. Qalakənd kənd sakini, 55 yaşlı Şahin Vəliyev odun yığıb qayıdarkən idarə etdiyi yük maşınını çaya aşırıb. Şahin Vəliyev və avtomobildə olan oğlu, 29 yaşlı Etibar Vəliyev hadisə yerində ölüb. Qəzanın dumanlı hava səbəbindən baş verdiyi bildirilir.

Sabirabadda isə minik avtomobili piyadanı vuraraq öldürüb. Hadisə ötən axşam Heydər Əliyev prospektində baş verib. Minik avtomobili yolu keçən 80 yaşlı Əli Xudiyevi vurub. Ağır xəsarətlər alan piyada Şirvan Şəhər Mərkəzi Xəstəxanasınaçatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Beyləqanda da piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib. Hadisə rayonunun Aşıqlı kəndində qeydə alınıb. Minik avtomobili yolu keçən Mayak qəsəbə sakini Oruc Zeynalovu vurub.

Nə düşünürsən?