Rusiya “Müharibə Allahı”nı sınaqdan keçirdi

  • 23.11.2019
  • 0

Rusiya Müdafiə Nazirliyi Kuzbasda 203 millimetrlik özüyeriyən 2c7 “Pio” qurğusu əsasında yaradılan 203 millimetrlik özüyeriyən artilleriya qurğuları 2s7m “Malka”nın atəş imkanlarını sınaqdan keçirib.

Bizimyol.info xəbər verir ki, müvafiq video “YouTube”da yerləşdirilib.

Nazirlik videonu şərh edərək bildirib ki, artilleriyaçılar şərti düşmənin mövqelərinə təxminən 30 kilometr məsafədən zərbə vurublar.

“Atışma zamanı hədəfi vurmağın yeni metodikasından istifadə olunub: “düşmən” mövqelərinə zərbələr dəqiqliklə, açıq atəş mövqelərindən, asma trayektoriya ilə vurulub", - deyə məlumatda bildirilir.

Xatırladaq ki, ABŞ-ın "The National Interest" jurnalı 2018-ci ilin sentyabrında Rusiyanın ağır artilleriyanın - “Müharibə Allahı” adlandırılan 40 millimetrlik 2s4 “Zanbaq” minomyotu və 203 millimetrlik 2c7 “Pion” haubisanın modernləşdirilməsinə qayıtdığını bildirmişdi.

Nə düşünürsən?