Türkiyənin tanınmış futbol klubuna qadın prezident seçildi

  • 23.11.2019
  • 0

Bu gün Türkiyə Super Liqasında çıxış edən və hazırda sonuncu pillədə qərarlaşmış "Kayserispor" klubunda seçkilər keçirilib.

Türkiyə mediası xəbər verir ki, klubun yeni prezident seçkisində qadın namizəd olan Berna Gözbaşı qalib gəlib.

Berna Gözbaşı Türkiyə çempionatında iştirak klublar arasında ilk qadın prezident kimi Türkiyənin idman tarixinə düşüb.

Qeyd edək ki, Berna Gözbaşı 3 il ərzində klubda çalışıb./publika.az

Nə düşünürsən?