İndoneziyada güclü zəlzələ: Sunami təhlükəsi var

  • 16.12.2017
  • 0

Dekabrın 16-na keçən gecə İndoneziyanın Yava adasının cənub sahilində, Çiamis dairəsində baş verən zəlzələ zamanı ən azı bir nəfər ölüb. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, yeraltı təkanlar nəticəsində daha beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Qeyd olunur ki, zəlzələnin maqnitudası 6,5 bal olub. Hökumət sunami təhlükəsi barədə əhaliyə xəbərdarlıq edib. Mərkəzi Yava vilayətinin Çilaçap şəhərinin sakinləri təxliyyə olunub. Hazırda zəlzələ nəticəsində yaşayış məntəqələrinə dəyən ziyan hesablanır.

Nə düşünürsən?