Dostuna görə xalasını türmə rəisi ilə görüşdürdü

  • 22.11.2019
  • 0

Doyunca gülə bimirsiniz?

"NİYƏ?" - Bu sizə ünvanladığım sual deyil, yeni komediya filminin adı belədir, "Niyə?".

Sfera.az xəbər verir ki, dünən "Xəzər" TV-nin binasında yeni "Niyə?" komediya filminin qala gecəsi baş tutub. Gecəyə filmin aktyor, aktrisa heyəti ilə yanaşı başqa yerli məşhurlar da qatılıblar.

Baş rollarda Fərda Xudaverdiyev (Asiman) və Müşfiq Şahverdiyevin (İsabala) çəkildiyi filmin qısa ssenarisi ilə tanış olaq:

Qohum-tanışları arasında dini ayinlərə olan sədaqəti ilə tanınan "Südabə" toyuna hazırlaşdığı "Asiman"ı da götürərək "Hacıleylək" Pirinə gedir. Macəra da bundan sonra başlayır. Pirdən qayıdarkən dindar "Südabə" cinayət törədir. Dinli-imanlı qadın həbsxanada 9 günün içində kriminal-avtoritetə çevrilir. 

Oğlu "Asiman"ın qarşısına toyunu saxlamamağı, ailə qurmağı tələbini qoyur. "Asiman" dostu "İsabala"dan kömək istəyir. "İsabala" dostunun anasını həbsxanadan qaçırtmaq üçün rəisi tora salmaq məqsədi ilə məşhur bibisindən kömək istəyir. Hər şey planlaşdırıldığı kimi də olur. Bibi rəisi şantaj etmək üçün əlindən gələni edir. "İsabala" və "Asiman" həmin anların şəkillərini çəkirlər...

Bir dəqiqəsindən gülüş əksik olmayan komediyanı izləmək istəyirsinizsə aşağıdakı videoya diqqətlə baxın: (milli.az)

Nə düşünürsən?