Daha bir ölkəni etiraz aksiyaları bürüdü – Nəqliyyat iflic oldu

  • 22.11.2019
  • 0

Kolumbiyada müxtəlif sektorların tətilə getməsindən sonra kütləvi nümayişlər başlayıb.

7 polisin yaralandığı nümayişlərdə hökumət əleyhinə şüarlar səsləndirilir.

Paytaxt Boqota başda olmaqla ölkənin müxtəlif şəhərlərində həmkarlar ittifaqları, tələbə təşkilatları və QHT-lərin çağırışı ilə minlərlə insan dövlət başçısı İvan Dukeyə etiraz edir.

Etirazlar paytaxt və bölgələrdə nəqliyyatın hərəkətini iflic edib.

Daş və "Molotov kokteyli”ndən istifadə edən etirazçılar polis qüvvələrinin (ESMAD) müqaviməti ilə qarşılaşıb. Polis etirazçılara göz yaşarıdıcı qazdan istifadə edir.

Kolumbiyada bir neçə ay əvvəl keçirilmiş etiraz aksiyalarında 8 nəfər yaralanmış, 65 nəfər həbs olunmuşdu./teleqraf

Nə düşünürsən?