Tələbə qızların zəhərlənməsilə bağlı cinayət işi açıldı

  • 21.11.2019
  • 0

Bakı Dövlət Universitetinin (BDU) 2 saylı yataqxanasında 1 nəfərin ölümü, 2 nəfərin zəhərlənməsi ilə bağlı cinayət işi başlanıb.


Milli.Az xəbər verir ki, faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci(səhlənkarlıq, ehtiyatsdızlıqdan zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb, araşdırmalar aparılır.


İlkin araşdırmalara görə, zəhərlənmə qidadan baş verib.


Xatırladaq ki, bu gün günorta saatlarında Bakı Dövlət Universitetinin Yasamal rayonu, Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında 3 tələbə qız huşsuz vəziyyətdə aşkarlanıb. Hadisə nəticəsində BDU-nun fizika fakultəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdünyasını dəyişib, daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidə isə xəstəxanaya yerləşdiriliblər


Toksikologiya şöbəsindən Trend-ə bildiriblər ki, hər iki tələbənin vəziyyəti kritikdir.

Nə düşünürsən?