Dəm qazından zəhərlənmələrin sayı artır

  • 21.11.2019
  • 0

Son zamanlar havaların soyuması ilə ənənəvi olaraq dəm qazından zəhərlənmələrin sayı artır.


Xezerxeber.az-ın məlumatına görə, təkcə ötən gün təbii qazın evə dolması nəticəsində ikisi uşaq olmaqla, bir ailənin 3 üzvü zəhərlənib.



Kliniki Tibbi Mərkəzin toksikologiya şöbəsinin müdiri Azər Maksudov deyir ki, bu il ərzində mavi yanacaqdan zəhərlənənlərin sayı 140-dan çox olub. Onların əksəriyyəti kəskin dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. Onlardan 16-sı azyaşlı uşaq olub.


Azər Maqsudov zəhərlənmə zamanı atılacaq addımlardan da danışıb.


Kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov deyib ki, əslində, bu kimi hadisələrdən sığortlanmağın çox sadə yolu var. Onun sözlərinə görə, qaz sobasının quraşdırıldığı otaqlarda detektor cihazının yerləşdirilməsi təhlükəsizliyi xeyli artırır.


Qeyd edək ki, qaz detektorlarının qoyulması icbari deyil. Bu qurğunu abonentlər istəsələr öz vəsaitləri hesabına alıb quraşdıra bilərlər.


Ekspert Nüsrət Qasımov isə təklif edir ki, təhlükəsizlik məsələləri nəzərə alınaraq qaz detektorlarının mənzillərə quraşdırılması icbari olmalıdır. O, bununla bağlı qanunvericiliyə müvafiq əlavələrin edilməsini təklif edir.


Qiymətlərə gəldikdə isə, bir detektorun qiyməti 25-35 manat arasındadır. Alıcılar detektor alan zaman diqqətli olmalıdır. Vətəndaşlara sertifkatlı detektorlar almaq tövsiyə edilir. Həmçinin bu cihazı alarkən istehsal tarixinə də fikir vermək mütləqdir. Çünkü belə cihazların əksərinin ömrü 5 ildən artıq olmur. Bununla bərabər, mənzildəki qaz avadanlıqlarının sayından asılı olaraq, evə quraşdırılan detektorların sayı 1-dən artıq da ola bilər.

Nə düşünürsən?