90 yaşlı kişi hələ də dülgərlik edir

  • 21.11.2019
  • 0

Qazaxda 90 yaşlı dülgər hələ də gününü emalatxanasında keçirir.

Xezerxeber.az-ın məlumatına görə, Qazaxın Hüseynbəyli kənd sakini Əhəd Mirzəyev 66 ildir ki, hər gün səhər saat 6-da durub hava qaralanadək işləməyə davam edir. Özünü peşəsindən ayrı təsəvvür etməyən dülgər Qazaxda kərəntini saplayan yeganə usta kimi tanınır.

Yaşlı dülgərin səhhətindən şikayəti yoxdur. Deyir ki, işləməsə özünü narahat hiss edir. Bu yaşında da əl işlərini özü dizayn edir. Bu işi öyrənmək istəyən köməkçilərinin olmamasından şikayətlənən Əhəd usta aldığı sifarişləri vaxtında hazırlaya bilir.

Usta deyir ki, dülgər olmaq zərgər dəqiqliyi tələb edir. Yüz ölçüb bir biçməlisən. Lakin o hər şeyi gözəyarı edir və istədiyi nəticəni də ölçüyə uyğun alır. Çünki gözləri xətkeş, əlləri də metrə kimi dəqiqdir.Əhəd usta uzunömürlü olmağın sirrini də məhz işində görür.

Bu işdə böyük bacarıq və təcrübəsinə görə ona rayonun bütün kəndlərindən, hətta qonşu rayonlardan da müraciət edirlər.

Nə düşünürsən?