BDU-nun yataqxanasında ölən qızla bağlı acı məqam

  • 21.11.2019
  • 0

Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında zəhərlənən tələbələrin kimliyi məlum olub.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, hadisə nəticəsində ölən tələbə, BDU-nun Fizika fakültəsinin tələbəsi, 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızıdır.

Hadisə nəticəsində zəhərlənmə ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən daha iki tələbə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə İsmət qızı və 1998-ci il təvəllüdlü İbadova Həmidədir.

Toksikologiya şöbəsindən Trend-ə bildiriblər ki, hər iki tələbənin vəziyyəti kritikdir.

15:10

azxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, ölən tələbənin 1999-cu il təvəllüdlü Şəkər Faiq qızı Hasmətova olması müəyyən edilib və onun nişanlı olduğu bildirilib.

Hazırda hüquq-mühafizə orqanları əməkdaşları qızların otağında təhqiqat aparırlar.

--------

14:50

Xəbər verdiyimiz kimi, BDU-nun yataqxanasında zəhərlənmə baş verib. 3 tələbə qızdan biri ölüb, digərlərinin vəziyyəti ağırdır.

Zəhərlənmə halı ötən axşam müşahidə olunub. Belə ki, tələbə qızlar gecə Təcili Tibbi Yardım çağırıblar. Həkimlər zəhərlənmə olduğunu bildirərək qızları xəstəxanaya aparmaq istəsə də, tələbələr imtina ediblər. Müalicə ambulator şəraitdə davam edib.

Səhər yenidən Təcili Tibbi Yardım çağırılıb. Bu zaman artıq bir tələbənin öldüyü məlum olub. 

Zəhərlənmə səbəbi, hələ ki, bəlli deyil.

Qeyd edək ki, Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, qızlar huşsuz vəziyyətdə tapılıb və ağızlarından qan gəlib.

----------

14:10

Bakı Dövlət Universitetinin  2№ li yataqxanasında zəhərlənmə hadisəsi olub.

Səhiyyə Nazirliyindən Milli.Az-ın sorğusuna verilən cavaba görə, hadisə barədə məlumat Təcili Tibbi Yardıma saat 12.35 də daxil olub. Həkimlər Mətbuat küç. 36 ünvanına çatdıqda otaqda huşsuz vəziyyətdə 3 tələbə qız aşkarlayıblar. Təcili Tibbi Yardım həkimlərinin bildirdiyinə görə, huşsuz vəziyyətdə tapılan qızların ağızlarından qan gəlib. Zəhərlənməsi ehtimal edilən qızlardan biri ölüb, ikisi isə kritik vəziyyətdə Təcili Tibbi Yardım avtomobili ilə KTM-ə çatdırılıblar. 20-22 yaş arası olan qızların vəziyyəti kritikdir. Müalicələri davam edir.

Baş toksikoloq Azər Maqsudov APA-ya açıqlamasında deyib ki, hadisə ilə bağlı araşdırma aparılır: "Hələlik hadisənin baş vermə səbəbi məlum deyil". 

Nə düşünürsən?