Van Damm Azərbaycana təşəkkür etdi

  • 21.11.2019
  • 0

Məşhur aktyor ad gününü ölkəmizdə qeyd edə bilər

“Heykəltəraş Azad Əliyev tərəfindən Azərbaycanın Vəndam adlı kəndində həqiqi ölçülərə uyğun gələn Jan Klod Van Damm heykəli ucaldılıb. Təşəkkür edirəm".

Bunu məşhur amerikalı aktyor, karate ustası Jan Klod Van Damm öz rəsmi facebook səhifəsində yazıb. Bununla da Azərbaycanda heykəlinin ucaldılmasına görə minnətdarlığını bildirib.

Jan Klod Van Damm təşəkkürü #Azerbaijan həştəqi ilə paylaşıb. Heykəlin ideya müəllifi Şakir Eminbəyli məşhur aktyorla yazışmada olduğunu və onun gələn il 60 illiyini qeyd emək üçün seçdiyi ölkələrdən birinin məhz Azərbaycan ola biləcəyini dedi:

Şakir Eminbəyli heykəlin qoyulmasında əsas məqsədin Azərbycanı, xüsusən də Vəndam kəndini dünyaya tanıtmaq olduğunu deyir. Vəndam adının məşhur aktyorun adı ilə bənzərliyi isə məsələyə daha da rəng qatır:

Abidənin müəllifi heykəltəraş Azad Əliyevdir.

Qəbələ rayonunun Vəndam kəndində məşhur aktyor Jan Klod Van Damma abidə qoyulması xəbəri sosial şəbəkələrdə sürətlə yayıldı və hətta məşhur aktyorun özünə belə gedib çıxdı. Təxminən 6500 manata başa gələn abidə ölkəmizə saysız-hesabsız turist, ölkə büdcəsinə isə milyonlarla manat qazandıra bilər.

Nə düşünürsən?