Qarabağ əlilinin müraciətinə nazirlikdən cavab

  • 21.11.2019
  • 0

Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan Quliyev Atif Əyyub oğlu kirayədə yaşadığını və fərdi mənzil tikmək məqsədilə ona pay torpaq sahəsinin ayrılması üçün icra hakimiyyəti qurumlarına müraciət etsə də, problemin həll olunmadığını bildirib.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizimyol.info-ya bildirilib ki, onun adı mənzil növbəsində olan Qarabağ müharibəsi əlillərinin siyahısında yoxdur.

“Yerli icra hakimiyyətindən gələn siyahıya uyğun olaraq növbəlilik qorunmaqla nazirlik Qarabağ müharibəsi əlillərini və şəhid ailələrini evlə təmin edir. Hazırda Qarabağ müharibəsi əlili Quliyev Atif Əyyub oğlunun adı siyahıda yoxdur. Vətəndaş icra hikimiyyətinə müraciət eləməlidir”,-deyə nazirlikdən bildirib.

Nə düşünürsən?