Daha bir Avropa ölkəsi etiraz aksiyaları ilə çalxalanır

  • 21.11.2019
  • 0

İtaliyada son dövrdə reytinqi yüksəlməkdə olan radikal sağçı Liq Partiyasının lideri Mateo Salviniyə qarşı yeni xalq hərəkatı başlanıb.

Publika.az xəbər verir ki, 4 dostun Boloniya şəhərində başlatdığı və “Sardiniyalar” adı verilən hərəkat artıq ölkə miqyasında yayılıb.

Belə ki, Salvini yanvar ayında keçiriləcək seçkilər üçün təşkil etdiyi kampaniya çərçivəsində ötən həftə Boloniyaya gedib. Adətən solçu partiyalara dəstək verən Boloniyadakı 4 dost isə Salviniyə qarşı fləş-mob hazırlayıb. Salvini 5 570 nəfərlik salonda mitinq təşkil edərkən 4 dost bu sayı keçmək üçün 6 min nəfəri meydana toplamağı hədəfləyib. Sosial mediadan verilən çağırışdan sonra meydanda 12-15 min insan toplaşıb.

Hərəkat daha sonra Modena şəhərinə keçib. Yağışa rəğmən, “Piazza Grande” meydanında təşkil edilən aksiyaya 7 min insan gəlib.

Nə düşünürsən?