Rafaellə Coşqunun məşhur müğənni ilə pul üstündə davaları düşdü

  • 21.11.2019
  • 0

"Bu Şəhərdə" komandası "Ci-Mi" filmindən sonra növbəti kinosunu təqdim etməyə hazırlaşır.


Publika.az xəbər verir ki, 11 ildən sonra Müşviq Abbasov "Şabaş" adlı filmini dekabrın 5-də "CinemaPlus" kinoteatrında tamaşaçılara təqdim edəcək. Ənənəyə sadiq qalaraq, kinonun baş rollarını əməkdar artistlər Rafael İsgəndərov və Coşqun Rəhimov ifa edib.


Yeni layihəsi barədə Müşviq Abbasov açıqlama verib:


"İllər ərzində konsertlərə və qastrol səfərlərə görə filmə vaxt ayıra bilmirdik. Bu kinonun ssenarisi 10 ildən çoxdur hazır idi, amma saxlamalı olmuşduq. Vaxtımız yox idi. İnşaallah tamaşaçı öz fikrini deyəcək. Gələcəkdə mütəmadi olaraq film istehsal edib tamaşaçıların ixtiyarına buraxacağıq".

Nə düşünürsən?