Qan donduran hadisə: avtomobildə dostunun boğazını kəsib öldürdü

  • 21.11.2019
  • 0

Türkiyənin Qaraman vilayətində avtomobildə dostunun boğazını kəsərək qətlə yetirən sürücü həbs edilib. Avtosfer.az xəbər verir ki, insident ötən gün axşam 22.00 radələrində Cedit məhəlləsində qeydə alınıb.

Məlumata görə, Səfa A. avtomobilində dostları Həsən Topuzoğlu və Mustafa Niyazi M.-lə birgə spirtli içki qəbul edib.

İddiaya görə, Səfa A. və Mustafa Niyazi M. ilə Həsən Topuzoğlu arasında naməlum səbəblərdən mübahisə yaşanıb. Mübahisənin böyüməsiylə Mustafa Niyazi M. yanındakı çörək bıçağı ilə  Həsənin boğazını kəsib. Hadisədən sonra Mustafa Niyazi M., Səfa A.'ya maşını sürməsini söyləyib. Səfa A., Molla Fənəri küçəsində növbətçilik edən polisləri görən kimi avtomobili dayandıraraq hadisəni onlara danışıb. Mustafa Niyazi M. isə bu arada sükan arxasına keçərək, avtomobillə qaçıb.

Bundan sonra şöbəyə məlumat verilərək əraziyə bir neçə polis əməkdaşı da cəlb edilib.

Hadisə yerinə gələn asayiş keşikçiləri Səfa A.-nı tutublar və şübhəlini yaxalamaq üçün axtarışlara başlayıblar. Polis, qısa müddət ərzində Mustafa Niyazi M.-in iş yerində olduğunu müəyyən edərək onu həbs edib.

Faktla bağlı rayon prokurorluğunda cinayət işi açılıb. Hazırda iş üzrə istintaq davam etdirilir.

 

Namiq Musayev

Nə düşünürsən?