Mahir Şükürovun Yunanıstan gəzintisi

  • 21.11.2019
  • 0

Öncə AFFA-nı kəskin tənqid edən Mahir Şükürov ardınca federasiyanın baş katibi Elxan Məmmədovdan iş istəmişdi. Sportinfo.az xəbər verir ki, federasiya onu Avropa çempionatının seçmə mərhələsində çıxış edən 17 yaşlılardan ibarət yığma komandamızla birgə Yunanıstanın Patra şəhərinə göndərib. Şükürov Ellada torpağında ürəyi istəyən kimi gəzə bilib.

O, səyahətdən məmnun görünür, artıq gürcü dilində danışmağa da başlayıb. Mahir gəzintidə "Vayme, bico" ("vayme" sözü gürcü dilində təəccüb mənasını verir, "bico" isə kişi cinsindən olan şəxsə müraciət formasıdır) deyərək gördüklərinə təəccübünü bildirib.