Pişiyə görə oyun yarımçıq dayandırıldı

  • 21.11.2019
  • 0

Dünən KONKAKAF Millətlər Liqasının A qrupunun Meksika - Bermud qarşılaşmasında maraqlı hadisə baş verib.

Görüşün 53-cü dəqiqəsində meydana çıxan pişik oyunun dayandırılmasına səbəb olub.

Təxminən 1 dəqiqə stadionun içində dövrə vuran pişik meydanı tərk etdikdən sonra matç davam etdirilib. Heyvanın ayağı meksikalılar üçün düşərli olub. 90+3-cü dəqiqədə fərqlənən meydan sahibləri 2:1 hesablı qələbəni təmin ediblər.

Nə düşünürsən?