Bakıda MTK-dan narazı sakin özünə qəsd etmək istədi

  • 20.11.2019
  • 0

Bu gün səhər Bakıda intihara cəhd qeydə alınıb.

 

Bax.tv ARB-yə istinadla xəbər verir ki, Qamət Ağayev Nəsimi rayonu, Mirəli Qaşqay küçəsində yaşadığı binanın damına çıxıb. Daha sonra özünə sui-qəsd etmək istəyib.

 

Q.Ağayevin intihar etməsinə səbəb isə mənzilinin məxsus olduğu MTK-dan narazılığıdır. Belə ki, mənzilinin kommunal təchizatından narazı qalan sakin çıxış yolunu canına qıymaqda görüb. 

 

Q.Ağayevin sözlərinə görə, 2006-cı ildə “Aslan” MTK-dan 45 min manata mənzil alıb. O, yalnız bir neçə il sonra öyrənib ki, aldığı mənzil 81 yox, 68 kvadrat metrdir. Üstəlik, mənzilin kommunal problemləri də illərdir həllini tapmır. O, artıq bu şəraitdə yaşamaqdan bezdiyini etiraf edib.

 

Sakinin intihara cəhdini izləyənlər arasında olan MTK-nın rəhbəri vəzifəsini müvəqqəti icra edən şəxs jurnalistlərin suallarını cavablandırmaqdan yayınıb.

Nə düşünürsən?