Azərbaycanda “Xocalı” adlı futbol klubu fəaliyyətə başlayıb

  • 20.11.2019
  • 0

Azərbaycanda yeni futbol klubu fəaliyyətə başlayıb.
APA TV-nin məlumatına görə, yeni klub "Xocalı" adlanacaq.
Bununla bağlı klubun, Xətai rayon İcra Hakimiyyətinin nümayəndələri və futbol mütəxəssisləri birgə "Ana harayı" abidəsini ziyarət ediblər.
“Xocalı”nın təsisçisi İlkin Hacıyev bildirib ki, klub fəaliyyətinə uşaq futbolundan başlayır: “Xocalı” futbol klubunu yaratmaqda məqsədlərimizdən biri uşaq futbolunun yüksək səviyyədə inkişafı, sağlam həyat tərzi təbliğ etməkdir. “Xocalı” futbol klubu yalnız 6-12 yaş arası uşaqlarla təşkil olunacaq. Gələcəkdə isə 19 yaşlılar arasında Azərbaycan çempionu olub, UEFA Gənclər Liqasında "Xocalı" adını layiqincə qorumaq istəyirik”.
Qeyd edək ki, klub hazırda Masazırdakı stadionda məşq edir.

Nə düşünürsən?