Zeynəb Xanlarova Aşıq Namiqə: "Əsl azərbaycanlı kişisisən" - VİDEO

  • 20.11.2019
  • 0

Milli Məclisin deputatı, Xalq artisti Zeynəb Xanlarovanın yeni görüntüsü yayılıb. 

Aşıq Namiq Fərhadoğlu xalq artisti ilə birgə videosunu sosial şəbəkədə paylaşıb. 

Videoda Zeynəb Xanlarova aşığı o ki var tərifləyib: "Mən səni çox istəyirəm. Biri var sənətkar olasan, elələri çox var. Amma sənətkarın mərdliyini, kişiliyini xoşlayıram. Əsl azərbaycanlı kişisisən, mərd kişisən. Səni bir özünə görə çox istiyirəm, bir də mərdliyinə, kişiliyinə görə çox istəyirəm".

Aşıq Namiq isə bu xoş sözlərə görə xalq artistinə təşəkkür edib. 

Nə düşünürsən?