Avtobusda açıq-saçıq geyinən qızla yaşlı kişi arasında dava: "Mənə ailəm qarışmır..."

  • 20.11.2019
  • 0

Türkiyənin Koaeli bölgəsində avtobusa minən gənc qız kişi sərnişin tərəfindən təhqir edilib.

AzNews.az xəbər verir ki, buna səbəb tələbə qızın geyiminin açıq-saçıq olması olub. Belə ki, yaşlının kişinin qarışsında əyləşən qız sərt təpki ilə qarşılaşıb. Kişi ona "özümü saxlaya bilməyib sənə baxıram. Gözüm sənə baxır bilmədən. Yerini dəyiş", -deyə səslənən kişi bununla yetinməyərək qızı danlamağa başlayıb.

Tələbə qız yerini dəyişmək məcburiyyətində qalıb. O, bu barədə sosial şəbəkədə yazıb.

O, yaşlı sərnişinə "mənə ailəm qarışmır, sən kimsən?", -deyə cavab verib.