Evlərdən silsilə oğurluq edən şəxslər yaxalanıb

  • 19.11.2019
  • 0

Abşeronda bir evdən üç dəfə oğurluq edən dəstə ifşa edilib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə Abşeron rayonu, Masazır qəsəbəsində baş verib.

Zərərçəkmiş polisə məlumat verib ki, naməlum şəxslər mənzilə daxil olaraq oradan 59 min 550 manat dəyərində geyim və məişət əşyaları oğurlayıblar. Polis dərhal həmin şəxslərin axtarışına başlayıb. Axtarış tədbirləri nəticəsində qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən Masazır qəsəbə sakinləri, əvvəllər məhkum olunmuşlar - Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev saxlanılıblar. Araşdırma zamanı müəyyən edilib ki, dəstə üzvləri müxtəlif vaxtlarda qeyd edilən evə oğurluq məqsədi ilə 3 dəfə daxil olublar.

Həmin mənzildən 3-cü dəfə oğurluğa isə dəstənin digər üzvü Bəxtiyar Aslanov tək daxil olub. O, sonuncu dəfə evdə olan divan və kresloları oğurlayaraq satıb.

Qeyd edək ki, saxlanılan şəxslərin oğurladıqları məişət və geyim əşyaların bir qismi polislər tərəfindən aşkar olunaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı saxlanılan şəxslər barəsində cinayət işi başlanılıb.

Paytaxtın Binəqədi rayonunda isə evlərdən oğurluq edən qadın saxlanılıb. Zərərçəkən şəxslərdən biri polisə müraciət edərək bildirib ki, evin giriş qapısının açıq olmasından istifadə edən naməlum şəxs mənzilin dəhlizindəki dolabdan 5 min 350 dollar və 500 manat oğurlayaraq hadisə yerindən qaçıb. Polis əməkdaşaları qısa zamanda qeyd edilən oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Günay Abdullayevanı saxlalayıblar. O, ifadəsində törətdiyi cinayəti etiraf edib.

Araşdırma zamanı Günay Abdullayevanın Binəqədi rayonunda daha bir neçə evdən eyni üsulla, yəni açıq qalmış qapıdan içəri daxil olmaqla oğurluqlar etdiyi məlum olub.

Faktla bağlı onun barəsində cinayət işi başlanıb.

Nə düşünürsən?