Pensiyalarla bağlı şad xəbər: Bu tarixdə artır

  • 19.11.2019
  • 0

Əmək pensiyalarının verilməsində sosial sığorta prinsipinin gücləndirilməsini özündə ehtiva edən qanunvericilik layihəsi hazırlanıb.



Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov "Xəzər Xəbər"ə müsahibəsində deyib.



Xezerxeber.az-ın məlumatına görə, mövcud qanunvericiliyə əsasən, pensiyaların sığorta hissəsinin indeksasiyası nəzərdə tutulub. Həmin indeksasiya 2019-cu il ərzində orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçiriləcək.



Sosial müavinətlər haqqında qanuna da dəyişiklik ediləcək. Yeni sistemin ən önəmli cəhəti ondan ibarətdir ki, sosial yardımların verilməsində heç bir sənəd tələb edilməyəcək.



Dəyişikliyi özündə ehtiva edən sənəddə pensiyaların artımı da yer alıb. Bu, ayrıca bir layihə çərçivəsində baxılıb və qəbul ediləcəyi halda yenə də pensiyaların məbləğində artımlar nəzərdə tutulacaq. Artımlar əsasən pensiyanın minimum məbləğlərinə şamil olunacaq.


Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Nə düşünürsən?