Daha bir neçə azərbaycanlı vətənə gətiriləcək

  • 19.11.2019
  • 0

Ümumilikdə 1385 nəfər geri gaytarılıb

Yaxın günlərdə daha bir neçə Azərbaycan vətəndaşının geri qaytarılması gözlənilir.

Bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verdi.

Miqrasiya Xidmətinin rəisi deyir ki, Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Sazişə əsasan 2014-cu ildən bu günə qədər Azərbaycana ümumilikdə 1385 nəfər qaytarılıb. Onların 33 faizinə Miqrasiya Xidməti tərəfindən dəstək tədbiri göstərilib.

Vüsal Hüseynov Azərbaycana deport olunan vətəndaşların aqibətinə də aydınlıq gətirdi. Bildiirdi ki, geri göndərilən şəxsləri miqrasiya xidmətinin əməkdaşları qarşılayır və öz qeydiyyat ünvanlarına yerləşdirirlər.

Qeyd edək ki, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişə əsasən “Almaniyadan ölkəmizə çarter reysi ilə bugünlərdə 61 Azərbaycan vətəndaşı geri qaytarılıb. Onlardan 22-si kişi, 18-i qadın, 21-i uşaqdır.

Nə düşünürsən?