Qarabağda onlar qalib gəlsə, Bakı ilə kim danışacaq?

  • 19.11.2019
  • 0

Serj Sərkisyanın qoyduğu yerdən danışıqları davam etdirmək Ermənistana yaxşı heç nə vəd etmir.

Axar.az xəbər verir ki, bunu “1in.am”a müsahibəsində erməni politoloq Amayak Ovannisyan deyib.

“Mən Paşinyanın opponentlərinin bu təhdidi görmədiyinə təəccüblənirəm. Vitali Balasanyan Serj Sərkisyanın danışıqlar prosesindəki irsini qiymətləndirir. Bu göstərir ki, İrəvanda hakimiyyəti itirmək ağrısı Qarabağ qrupunu kor edib. Son 100 ildə Ermənistanda hansısa regional klan bu qədər uzun müddət avtoritar və təkbaşına ölkəni idarə edə bilməyib”, – deyə o bildirib.

O, qondarma rejimdə Paşinyanın opponentlərinin qalib gələcəyi halda Ermənistanın Qarabağı danışıqlarda təmsil edə bilməyəcəyini söyləyib.

Nə düşünürsən?