Evdən 60 minlik əşya aparan “trio” ələ keçdi

  • 19.11.2019
  • 0

Abşeronda oğru dəstəsi ifşa edilib.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, rayon ərazisindəki mənzillərdən birindən 59 min 550 manat dəyərində geyim və məişət əşyaları oğurlanıb. 

Polis əməliyyatı nəticəsində oğurluqda şübhəli bilinən Masazır qəsəbə sakinləri - əvvəllər məhkum olunmuş Bəxtiyar Aslanov, Qara Məmmədov və Elmir Bəndəliyev saxlanılıb. Məlum olub ki, onlar həmin evi ayrı-ayrı vaxtlarda 3 dəfə talayıb. 

Sonuncu oğurluğu isə Bəxtiyar Aslanov tək edib. O, evdə olan divan və kresloları aparıb.

Oğurluq əşyaların bir qismi maddi sübut kimi götürülüb. Faktla bağlı cinayət işi başlanıb. Dəstənin başqa cinayətlərdə iştirakı olub-olmadığı araşdırılır.

Nə düşünürsən?