Bakıda peşəkar oğru qadın ələ keçdi

  • 19.11.2019
  • 0

Binəqədidə evləri qarət edən qadın saxlanılıb.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, rayon ərazisində edilən sonuncu analoji cinayət qapısı açıq qalan mənzildə qeydə alınıb.

Həmin mənzilin dəhlizindəki dolabdan 5350 ABŞ dolları və 500 manat oğurlayan şəxs aradan çıxıb. 

Polis əməliyyatı ilə əvvəllər məhkum olunmuş Abşeron rayon sakini Günay Abdullayeva ələ keçib. O, əməlini etiraf edib.

G.Abdullayevanın sözü gedən rayon ərazisində oğurluqlar etdiyi məlum olub. Faktla bağlı cinayət işi açılıb. Bu şəxsin əməllərindən zərərçəkənlər polisə müraciət edə bilər. 

Nə düşünürsən?