Sürüşmə ərazisində yaşayan sakinlər etiraz aksiyası keçirib

  • 19.11.2019
  • 0

Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsinin sakinləri Zığ qəsəbəsində sürüşmə ərazisində yaşayan sakinlər Nazirlər Kabineti qarşısında etiraz aksiyası keçirir.

Bizimyol.info xəbər verir ki, sakin Məcidova Səriyyə Adil qızının verdiyi məlumata görə sürüşmə ərazisində yaşayan 40 ailənin həyatl təhlükədədir.


“Həmin ərazidə sürüşmə 2010-cu ildən başlayıb. FHN-dən rəy veriblər ki evlər qəzalı vəziyyətdədir. Dünən axşam torpaq sürüşməsi oldu. Torpaq sürüşür ev başımız uçur. Kompensasiya verən yoxdur. Deyirlər ki evinizi tərk edin. Hara gedək? Hara çıxaq? Nə əvvəlki icra başçısı, nə də yeni təyin olunan icra başçısı bizə kömək etmir”,-deyə Səriyyə Məcidova bildirib.


Nazirlər Kabinetində bir qrup şikayətçi qəbul edilib. Bildirilib ki onlar icra hakimiyyətinə müraciət etsinlər. Problemin həlli üçün Maliyyə Nazirliyinin qarşısında məsələnin qaldırılacağına vəd verilib.

Nə düşünürsən?